Bazar ertəsi 21 Sentyabr 2020

Təhsil

UTECA-da video və canlı dərslər davam edir

Sənubər Qocayeva - 25/03/2020

Azərbaycan Texnologiya Universitetində electron dərslər mütamadi olaraq təşkil olunur.

Koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi üçün tədris prosesinin təxirə salınması ilə əlaqədar olaraq Azərbaycan Texnologiya Universiteti electron dərslərin təşkilini həyata keçirir.

Artıq bir müddətdir universitetin rəsmi uteca.edu.az Facebook və Instagram səhifələrindən mühazirələr canlı bağlantıyla nümayiş olunur. UTECA Official rəsmi YouTube səhifəsində isə videodərslər yerləşdirilir. Dərslər bütün kursları əhatə edir və proqram üzrə davam etdirilir.

Photogallery

A2736968 7f39 4bdc 84fc F7fd5eb7a6d8 Fb4da33e Fa7f 4461 9cfc 8883478f9551 1d860231 2c43 4c92 9e66 E2a3176ae8e0

İdman

Hadisə