Cümə axşamı 2 İyul 2020

Cəmiyyət

Gəncə “SOS Uşaq Kəndi” dezinfeksiya olunub

Gülnar Fazilqızı - 25/03/2020

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Gəncə “SOS Uşaq Kəndi”ndə dezinfeksiya işləri həyata keçirilib. Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları “SOS Uşaq Kəndi”nin həyətini, buradakı yaşayış və yardımçı binaları xüsusi məhlulla dezinfeksiya ediblər.

Profilaktik tədbirlər çərçivəsində yaşayış binalarındakı yataq, soyunma-geyinmə otaqları, yeməkxana, sanuzel sistemləri, oyun meydançaları, avtomobil qarajları tam olaraq dezinfeksiya edilib. Profilaktik tədbirlərin mütəmmadi davam etdirilməsi nəzərdə tutulur.

Photogallery

IMG 0175 IMG 0200

Hadisə