Bazar ertəsi 30 Mart 2020

Elm

AMEA Gəncə Bölməsinin sədri Prezidentin çağırışına qoşuldu

Gülnar Fazilqızı - 23/03/2020

AMEA Gəncə Bölməsinin sədri, YAP Gəncə şəhər təçkilatının sədr müavini, akademik Fuad Əliyev ölkə Prezidentinin çağırışına qoşularaq 1 aylıq əmək haqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Bəşəriyyəti qorxuya salan ciddi təhlükə ilə ölkəmizin mübarizəsi üçün dövlətin bu sahədə apardığı səmərəli profilaktik tədbirlərə hər kəsin dəstək olmasının vacibliyini vurğulayan akademik Fuad Əliyev siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşını Azərbaycan dövlətinin koronavirus infeksiyasının qarşısının alınması istiqmətində gördüyü mübarizə tədbirlərinə dəstək olmağa, dövlətin virusla mübarizə ilə bağlı qəbul etdiyi qərarlara intizamla əməl etməyə çağırıb.

Hadisə