Bazar ertəsi 30 Mart 2020

Siyasət

Pərvin Kərimzadə: 'Azərbaycan qlobal pandemiyaya qarşı çevik addımlar atan ölkələrdəndir'

Sənubər Qocayeva - 20/03/2020

Bu gün kainatımız yeni qlobal pandemiya – koronavirus (COVID-19) infeksiyasıilə qarşı-qarşıyadır. İnsanların sağlamlığını təhdid altına alan virus üzündən dünya ölkələri bir-birlərinə qapılarını bağlamaq, kütləvi tədbirləri təxirə salmaq, iqtisadi əlaqələri məhdudlaşdırmaq məcburiyyətində qalıb. Təəssüflər olsun ki, tibbin, texnologiyaların inkişaf etdiyi bir dövrdə bir sıra Avropa ölkələrində infeksiyanın yayılması nəzarətdən tamamilə çıxıb.

Bunu açıqlamasında millət vəkili Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, dünyada qlobal pandemiya hesab olunan koronavirus (COVID-19) infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması, vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə hökumət tərəfindən məqsədyönlü, təxirəsalınmaz tədbirlər görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) və Səhiyyə Nazirliyinin birlikdə cəmiyyətimizin sağlamlığının təhlükəsizliyi üçün həyata keçirdikləri tədbirlər aktuallığını qoruyur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkəmizlə sıx əməkdaşlıq edir, tövsiyələrini, maarifləndirmə işlərini əsirgəmir.

Pərvin Kərimzadə onu da vurğulayıb ki, hər zaman vətəndaşının yanında olan, onların sevincinə də, dərd-sərinə də şərik çıxan ölkə Prezidenti İlham Əliyev koronavirus epidemiyasının sərhəd tanımadığı belə bir çətin vaxtda vətəndaşların təhlükəsizliyinin təmin edilməsini ən vacib, prioritet məsələlərdən olduğunu bir daha təsdiq etdi. Çevik, vaxtında verilmiş qərarlar, yeni növ koronavirus (COVİD -19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, xəstəxanaların ən müasir tibbi avadanlıqlarla təchiz olunması ölkəmiz üçün çox böyük təhlükə olan bu infeksiyanın geniş yayılmasının qarşısını almağa xidmət edir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın “COVID-19” (koronavirus) epidemiyası ilə bağlı xalqa müraciət ünvanlaması da koronavirus epidemiyası ilə bağlı vəziyyətin, əhalinin sağlamlığının etibarlı qorunması ölkə rəhbərliyinin nəzarəti altında olduğundan xəbər verir.

“Lakin görülən bütün təxirəalınmaz tədbirlərlə yanaşı hər bir vətəndaşlarımız daha məsuliyyətli olmalı, unutmamalıdırlar ki, COVID-19 infeksiyası sərhəd tanımır. Əgər vətəndaşlarımız təlimatlara tam əməl edərsə, həyata keçirilən tədbirlərə dəstək olarsa təkcə onun özünün yox, ailəsinin, doğmalarının, səhhətini qorumuş olar, ən başlıcası dünyada böyük problemə çevrilən qlobal pandemiyanın ölkəmizdə yayılmasının qarşısı alınar”- deyə  millət vəkili Pərvin Kərimzadə bildirib.

Hadisə