Bazar ertəsi 25 May 2020

Sosial

Gəncədə qanunsuz küçə ticarəti ilə məşğul olanlara qarşı reyd keçirilib

Gülnar Fazilqızı - 17/03/2020

Reyd Gəncə Şəhər İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Baş Polis İdarəsi və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə baş tutub. Küçə ticarətinin geniş yayılmasının qarşısını almaq məqsədi daşıyan reyd ən çox piyadaların ürəyincə olub.

Şəhər sakinlərinin fikrincə küçə ticarəti ilə məşğul olanlar antisanitar vəziyyətin yaranmasına səbəb olurlar. Bu həm ekoloji, həm də estetik baxımdan problemdir.

Şəhər sakini Vaqif Novruzov deyir ki, səkilərə tökülərək satılan bu məhsullar epidemiya yayıcısıdırlar. Hazırda bütün dünyada Koronavirus adlı bəla tüğyan edir. Ona görə də bu tip məsələlərə xüsusi həssaslıqla yanaşmalıyıq. Bazarlar var, gigiyenik normalara riayət olunan yerlər var. Qida məhsullarının satışı belə məkanlarda həyata keçirilsə daha yaxşı olar.

Gəncə sakini İsfəndiyar Alverdiyev də eyni fikirdədi. O hesab edir ki, küçə ticarəti ilə məşğul olan insanlar virus daşıyıcısı ola bilərlər. Bu isə öz növbəsində dəhşətli xəstəliklərə gətirib çıxara bilər.

Şəhərin mərkəzi hissəsində, ələxsus da səkilərdə hərəkəti çətinləşdirərək pərakəndə ticarət ilə məşğul olanlara xəbərdarlıq edilib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cəza tədbirləri görülüb.

Gəncə şəhər sakinləri və şəhərimizin qonaqlarından xahiş olunur ki, küçə ticarəti ilə məşğul olan şəxslərən, sağlamlıqlarını təhlükə altına almamaq üçün alış-veriş etməsinlər.

Photogallery

+G72A9620 +G72A9612 +G72A9609 +G72A9610

Hadisə