Bazar ertəsi 25 May 2020

Təhsil

ADAU-da dərslər onlayn formada davam etdirilir

Surxay Məmmədzadə - 16/03/2020

Koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Koronavirusla bağlı ölkədə dərslərin müvəqqəti dayandırıldığını nəzərə alaraq Azərbaycan Dövlət Aqrar Universiteti tədris olunan dərslərin Universitetin və ADAU TV internet televiziyasının rəsmi facebook hesabından onlayn formada yayımlamasına start verib.

Onlayn təhsilə qoşulmaq üçün mobil telefon və internet yetərlidir. Burada dərslər universitetdə keçirilən dərs cədvəllərinə uyğun aparılır, mühazirələr oxunulur. İlk dərs Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun tədris etdiyi “Fitopotologiya” fənnindən olub.

Karantin müddəti bitənə qədər dərslərin bu şəkildə təşkil olunması valideyn və tələbələr tərəfindən razılıqla qarşılanır.

Növbəti dərslər barədə universitetin facebook səhifəsində məlumat verilir.

Hadisə