Çərşənbə günü 1 Aprel 2020

İqtisadiyyat

“Azəralüminium”un əməkdaşları tullantı dəmirlərdən velosiped dayanacağı hazırladı

Sənubər Qocayeva - 10/03/2020

Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəralüminium” MMC ekoloji tarazlığın bərpası, insanların diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək baxımından əhəmiyyətli addım atıb.

Azərbaycan Sənaye Korporasiyasına istinadən verdiyi xəbərə görə, zavodun rəhbərliyinin təşəbbüsü ilə istehsalatdan qalan tullantı dəmir materiallardan istifadə edilərək, zavodun girişində velosiped dayanacağı quraşdırılıb. Dayanacaq “Azəralüminium” MMC-nin əməkdaşları tərəfindən hazırlanıb.

Dayanacağın quraşdırılmasında məqsəd velosiped həvəskarı olan əməkdaşların işə gəlmə və getmə vaxtlarını səhər və axşam idmanına çevirməkdir. Bununla da “Azəralüminium” MMC-də çalışanlar ilə yanaşı Gəncə şəhər sakinləri arasında da “Sağlam həyat” tərzi təbliğ olunur.

Qeyd edək ki, zavodun ərazisinə gələn asfalt yolun sol hissəsində velosiped sürücülərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə xüsusi zolaq da ayrılıb.

İdman

Hadisə

Cəmiyyət