Bazar ertəsi 30 Mart 2020

Elm

Gəncəli akademik Sidiqə Məmmədovanın yubileyi qeyd olunub

Sənubər Qocayeva - 10/03/2020

Gəncədə görkəmli bioloq alim, akademik Siddiqə Məmmədovanın 95 illiyi münasibəti ilə məzarı ziyarət edilib. 50 ildən artıq rəhbəri olduğu Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun əməkdaşları alimin əziz xatirəsi ehtiramla anılıblar.

Direktoru olduğu dövrdə institutda aparılan elmi araşdırmaların bu gün metodik vəsait kimi istifadə olunduğu diqqətə çatdırılıb. Onun bitkiçilikdə xəstəlik və zərərvericilərə qarşı mübarizədə böyük əməyinin olduğu vurğulanıb. Xidmətləri dövlət tərəfindən qiymətləndirilən akademik “Şərəf Nişanı”, “Şöhrət" ordenləri ilə təltif olunub və çoxsaylı mükafatlara layiq görülüb.

Bəhram Xəlilov - Siddiqə Məmmədovanın oğlu: "Mən istərdim ki, bütün Azərbaycan xalqının qızları və oğlanları rəhmətlik Siddiqə xanım kimi öz xalqına, Vətəninə tam ürəkdən qulluq etsinlər. Xalqının marağını öz şəxsi maraqlarından üstün tutsunlar. Mən elə fikirləşirəm ki, onun yaşadığı şərəfli ömür yolu bütün gənclər üçün örnək olmalıdır".

Elçin Xəlilov - Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru: "Siddiqə xanımın kənd təsərrüfatında, biologiya elmində çox böyük xidmətləri olub.  Onun 300-dən artıq elmi əsəri, çoxlu sayda tədris vəsaiti, monoqrafiyaları, çoxlu elmi-əsərləri var. Onlardan hazırda da istifadə olunur".

 

Photogallery

85249045 2551088688506212 5393857081231015936 O 89543312 2551088408506240 7197027383092707328 O

Hadisə