Cümə axşamı 1 Oktyabr 2020

İdman

Gəncə İdman Klubunun bir qrup idmançıları mükafata layiq görülüblər

Sənubər Qocayeva - 05/03/2020

Gəncə İdman Klubunun idmançıları usta cüdoçular arasında keçirilən Azərbaycan çempionatında iştirak ediblər.

Çempionatda öz ustalıqları ilə seçilən Gəncə İdman Klubunun bir qrup idmançıları mükafata layiq görülüblər. Bununla əlaqədar olaraq Klubun vitse-prezidenti Elşən Abbasov idmançılarla görüşüb.

Elşən Abbasov görüşdə Prezident İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğıdan bəhs edib. O qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını şərtləndirib, idmanın kütləviliyi təmin edilib. "İdmançılarımızın öhdəsinə düşən vəzifə isə idman sahəsində aparılan uğurlu siyasəti dəstəkləmək və bu yolda cənab Prezidintimizin ətrafında yumruq kimi birləşməkdir"-deyə Elşən Abbasov əlavə edib.

Sonda klubun vitse-prezidenti cüdoçulara uğurlar arzu edib və xatirə şəkli çəkdirilib.