Çərşənbə günü 1 Aprel 2020

İdman

'Kəpəz' PFK-nın baş məşqisi Fuad İsmayılov əməkdar məşqçi fəxri adına layiq görülüb

Sənubər Qocayeva - 05/03/2020

“5 Mart Bədən Tərbiyəsi və İdman günü” münasibəti ilə bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bir sıra idman mütəxəssislərinin mükafatlandırma mərasimi baş tutub.

Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər şəxslərin iştirak etdiyi tədbirdə “Kəpəz” PFK-nın U-9 komandasının baş məşqçisi Fuad İsmayılov əməkdar məşqçi fəxri adına layiq görülüb.

Klubun kollektivi bu münasibət ilə təcrübəli mütəxəssisi təbrik edir, fəaliyyətində yeni-yeni uğurlar arzulayır.

İdman

Hadisə

Cəmiyyət