Bazar ertəsi 30 Mart 2020

Təhsil

UTECA-da mütəxəssislər tərəfindən dezinfeksiya işləri aparılıb

Sənubər Qocayeva - 04/03/2020

Azərbaycan Texnologiya Universitetinin tələbələr üçün nəzərdə tutulan avtobus, akt zalları, auditoriyalar, laboratoriyalar, təlim mərkəzləri, dərs və iş otaqları, sanitar qovşaqlar, zirzəmilər mütəxəssislər tərəfindən dezinfeksiya edilib.

6 tədris korpusu və inzibati bina dezinfeksiya edildikdən sonra, işlər universitetin idman zalında davam etdirilib. Burada da bütün bölmələr diqqətdə saxlanılıb. Daha sonra əks-epidemik tədbirlər universitetin yataqxanasında aparılıb. Bir neçə aydır tələbələrin istifadəsinə verilən yataqxana da kompleks şəkildə mütəxəssislər tərəfindən dezinfeksiya edilib.

Dezinfeksiya işlərini icra edən mütəxəssislər bildiriblər ki, koronavirus havada uzun müddət qalıcı olmasa da, səthlərdə 9-12 saatadək qalıcılıq qabiliyyəti var. Koronavirusun digər viruslara nisbətən qalıcılıq müddəti isə azdır. Dezinfeksiya zamanı Türkiyə və İspaniya istehsalı yüksək keyfiyyətli dərman preparatlarından, xloramindən istifadə olunub. Səthlərdən asılı olaraq dərman məhsulları dəyişə bilir.

Qeyd edək ki, ölkə ərazisində koronavirusun yayılma təhlükəsinin qarşısının alınması məqsədilə təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.

Photogallery

89096993 3031867630158641 3646231061672755200 O 89099181 3031867533491984 8814991071583928320 O 89057688 3031867840158620 5530114420480409600 O 89250084 3031867523491985 2145937674521804800 O 89257852 3031867676825303 797274328184913920 O 89082363 3031867686825302 1848699630963916800 O 89240232 3031867866825284 985469044792492032 O

Hadisə