Bazar günü 9 Avqust 2020

Mədəniyyət

Gəncə Dövlət Kukla Teatrı Beynəlxalq festivallara dəvət alıb

Sənubər Qocayeva - 03/03/2020

Gəncə Dövlət Kukla Teatrı iki beynəlxalq teatr festivalına dəvət alıb. Kollektiv aprelin 23-29-nə kimi Türkiyənin Ankara şəhərində keçirilən “Kiçik xanımlar, kiçik bəylər adlı” Beynəlxalq Teatr festivalında Əhməd Orucun “Zınqrovlu pişik” tamaşası ilə iştirak edəcək.

14-17 mayda isə teatrın kollektivi Estoniyanın Vilyandi şəhərində keçirilən “14-cü Beynəlxalq Teatr Çamadanda” festivalı keçiriləcək. Teatr Danimarkalı yazıçı Hans Xiristian Andersenin “Düyməcik” əsərini orada nümayiş etdirəcək. “Zınqrovlu pişik” tamaşasında pişiklərlə siçanların anbar uğrunda mübarizəsindən və  sonda siçanların dostluğunun birliyinin qalib gəlməsi nümayiş olunur. Digər tamaşada isə kiçik tənha Düyməciyi məcburən ərə vermək istəsələr də sonda xeyir şər düşüncələrin üzərində qələbə çalır və o Şahzadə ilə dost olur.

Qeyd edək ki, ötən il “Düyməcik” Bakıda, “Zınqrovlu pişik” isə Türkiyənin Amasiya şəhərində keçirilən beynəlxalq festivallarda iştirak edib və diplomlara layiq görülüb. Hər iki tamaşanın quruluşçu rejissoru Şamil Məmmədli, dekoratr rəssamı Sara Məmmədova,kuklaçı rəssamı isə Tünzalə Cəfərovadır.

Hadisə