Çərşənbə günü 1 Aprel 2020

İdman

'Kəpəz'in məşqində Xocalı faciəsi anılıb

Surxay Məmmədzadə - 26/02/2020

Bu gün “Kəpəz”in əsas komandasının məşqindən öncə 26 fevral Xocalı faciəsi yad olunub.

Komanda üzvləri soyqırım nəticəsində həlak olanların əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar. Baş məşqçi Yaşar Vahabzadə faciə haqda danışarkən, Xocalının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu bildirib. O, 28 il öncə yaşanan hadisələrin erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş vəhşi cinayət kimi yadda qaldığını vurğulayıb. Bu səbəbdən də Xocalı qətliamının XX əsrin faciəsi adlandırıldığını qeyd edib.

Photogallery

87578497 3039688236055109 6483254924313362432 O

İdman

Hadisə

Cəmiyyət