Cümə günü 10 Aprel 2020

Cəmiyyət

Gəncədə iməcilik aksiyası keçirilib

Gülnar Fazilqızı - 22/02/2020

Gəncə şəhər Heydər Əliyev və Nizami prospektlərində, habelə Hava Limanına gedən yolun kənarlarında iməcilik aksiyası keçirilib. İməcilikdə Gəncə şəhərində fəaliyyət göstərən idarə, müəssisə, təşkilat işçiləri, o cümlədən Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin kollektivi yaxından iştirak ediblər.

Aksiya zamanı mindən çox ağac, 5000-dən çox gül kolları əkilib, 15 min kvadrat metr əraziyə isə qazon səpilib.

Bununla yanaşı ərazilər alaq otlarından təmizlənib, ot örtüyü biçilərək səhmana salınıb. Daş və digər tullantılar, küləyin gətirdiyi kağız parçaları toplanıb. Həmçinin, əkilən yeni yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Ağacların dibləri bellənib, suvarılıb, qurumuş budaqlar budanıb.

Qeyd edək ki, iməcilik aksiyası 2 gün davam edəcək. Bu cür iməciliklərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Photogallery

IMG 3490+ IMG 3477+ IMG 3478+ IMG 3470+ IMG 3469+

İdman

Hadisə