Cümə günü 10 Aprel 2020

İqtisadiyyat

Gəncə Lokomotiv Deposunun bir qrup əməkdaşları ixtisasartırma təliminə cəlb olunublar

Gülnar Fazilqızı - 21/02/2020

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti insan resursları siyasəti çərçivəsində teplovoz maşinistləri üçün ixtisasartırma təliminə başlayıb. Gəncə Lokomotiv Deposunda teplovoz maşinisti ixtisası üzrə 16 vakansiyanın mövcudluğu və həmin peşə üzrə əmək bazarında namizəd qıtlığı nəzərə alınaraq boş yerlərin daxili imkanlar hesabına komplektləşdirilməsi barədə qərar verilib.

Beləliklə, Gəncə Lokomotiv Deposunun əməkdaşları arasından 16 maşinist seçilib və ixtisasartırma təliminə cəlb olunub.

Qeyd edək ki, ixtisasartırma təlimi 3 ay müddətində davam edəcək. Nəzəri və praktiki hissələrdən ibarət olan təlim proqramı əməkdaşların bilik və bacarıqlarının hərtərəfli təkmilləşdirilməsinə xidmət edəcək. 

Photogallery

9dcaecf4 49cb 42f8 8ac9 01da11129398 28db6507 Ef07 44db B22a B69f7ff4374a F58c8746 Eca6 4348 9f65 C0c6b6fb80e7

İdman

Hadisə