Bazar ertəsi 30 Mart 2020

Sosial

Gəncədə abadlıq-quruculuq işləri davam etməkdədir

Sənubər Qocayeva - 19/02/2020

Prezident İlham Əliyevin Sərəncamına əsasən Gəncə şəhərinin abadlaşdırılması işləri çərçivəsində qısa müddət ərzində Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB tərəfindən şəhərdə bir sıra yeniliklər edilib. Belə ki, şəhərdə görülən ən mühüm abadlıq-quruculuq layihələrdən biri olan su-kanalizasiya sisteminin təkmilləşdirilməsi, eləcə də bu istiqamətdə aparılan işlər çərçivəsində yolların 50 faizdən çox hissəsi asfaltlanıb və bu işlər uğurla davam etdirilir.

Gəncə şəhərində və Hacıkənd qəsəbəsində 2000-dən artıq işıq dirəkləri yenilənib, 4000 led işıq dirəkləri quraşdırılıb.

Şəhərdəki yaşayış binalarının əksər hissəsinin dam örtükləri yenilənib, çox mərtəbəli binalarda 93 ədəd liftin yeniləri ilə əvəz edilməsi nəzərdə tutularaq, 76 ədəd liftin demontaj və montaj işləri başa çatdırılıb.

Təmizlik şöbəsinin rəisi Cəmşid İsmayılovun verdiyi məlumata görə, şəhərdə 350 ədəd yeni zibil qutusu quraşdırılıb, 450 ədəd 1.3 kubluq və 100 ədəd 0.27 kubluq zibil qutularının quraşdırılma işləri isə davam etdirilir.

Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-nin qarajında mühüm yeniliklər ərsəyə gətirilib. Belə ki, şəhərdə işlənən sovetdən qalma köhnə texnika yeniləri ilə əvəzlənib. Son 2-3 ay ərzində Gəncə Avtomobil zavodunun istehsal etdiyi 57 ədəd texnika Gəncə şəhərinə təhfil verilərək uğurla fəaliyyət göstərir.

Onuda qeyd etmək lazımdır ki, Bu yöndə aparılan abadlıq işləri Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramov və Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-nin rəisi İlham Quliyevin rəhbərliyi altında aparılır, eləcədə rəis müavinləri Nurəhməd Əhmədov, Arzu Səfərov, Elşad Əsgərov, İlqar Əsədov və baş mexanik Naqif İbişov tərəfindən nəzarət və idarə olunur.

Photogallery

86729466 2525077797760408 2155708549026545664 N 86976872 2525077857760402 5084758794722869248 N 86801598 2525076704427184 988937029020549120 N 86875451 2525076977760490 2782726018501181440 N 86876022 2525077491093772 8678845152376127488 N 86969573 2525077331093788 6464660000844283904 N 86971186 2525077741093747 4735448370099781632 N

Hadisə