Bazar ertəsi 30 Mart 2020

QHT

Gəncədə 'Vətən məndən başlayır!' adlı layihə keçirilib

Gülnar Fazilqızı - 19/02/2020

Layihə Regional İnkişaf" İctimai Birliyi (RİİB) və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Gəncə Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə RİİB könüllülərinin, region gənclərinin, tarixçilərin və şəhid ailələri üzvlərinin iştirak ediblər.

Tədbirdə gənclər komandalar şəklində vətənpərvərlik mövzusunda təqdimatlar etmiş, tarixçilər tərəfindən onları maraqlandıran suallar cavablandırılıb.

Regionlarda gənclərin vətənpərvərlik tərbiyəsi, milli-mənəvi dəyərlərə, tarixi keçmişimizə bağlı ruhda yetişməsi, ölkəmiz haqqında bilik və məlumatlarının artırılması, şəhid qəhrəmanlarımızın tanıdılması və onların ailələrinə dəstək məqsədi ilə reallaşdırılan layihənin digər regionlarda da keçirilməsi nəzərdə tutulur.

Photogallery

86766432 509833439946765 345227946539089920 N 86969664 2765271230188839 1883511131171979264 N 87021297 535780610629920 2821490396155084800 N 87062808 500234337359170 1019786520682299392 N 86932610 483945962269205 2081427042397585408 N 87073249 201679457701881 3898125078197436416 N 86969487 234422547564637 2571143675958525952 N 86969796 200748341036839 8014612942332887040 N

Hadisə