Cümə günü 10 Aprel 2020

Təhsil

İbrahim Cəfərov Latviyanın Kənd Təsərrüfatı naziri ilə görüşüb

Surxay Məmmədzadə - 18/02/2020

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Latviya səfəri çərçivəsində Latviyanın Kənd Təsərrüfatı naziri cənab Gerhards Kasparsla görüşüb.

Görüşdə hər iki tərəfi maraqlandıran məsələlər, hər iki ölkənin təhsil sistemləri, əməkdaşlıq imkanları, heyvandarlıq, baytarlıq xidməti və müvafiq qanunvericilik məsələləri müzakirə edilib. Gələcəkdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Daha sonra rektor İbrahim Cəfərov və Universitetin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin bir qrup əməkdaşı Latviya Kənd Təsərrüfatı Nazirliyi yanında “Ərzaq və Baytarlıq Xidməti”ndə olub, xidmətin sədr müavini xanım Kristine Lamberga ilə görüşüb və baytarlıq xidməti ilə bağlı müzakirələr aparıblar.

Photogallery

86475806 2858297044263232 6139173824236617728 O (1) 86352562 2858297030929900 3693324209842290688 O (1)

İdman

Hadisə