Çərşənbə günü 21 Oktyabr 2020

Mədəniyyət

Fəlsəfə fantaziyası, yaxud Fantaziyalı Fəlsəfə

Sənubər Qocayeva - 18/02/2020

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə tanınmış rəssam Tahir Abbasovun “Fəlsəfə fantaziyası, yaxud Fantaziyalı Fəlsəfə” adlı fərdi sərgisi keçirilib. Sərgidə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, rəssamlar, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbiri  Zeki Öztürk açaraq,  rəssam Tahir Abbasovun əsərlərinin bir sıra ölkələrlə yanaşı Türkiyədə də sevildiyini qeyd edib. O bildirib ki, sərgini təşkil etməkdə məqsəd Gəncədə təsviri incəsənətinin təbliğinə təkan vermək və rəssamın əl işlərinin gənclər arasında tanıdılmasıdır.

Vəfa Abbasova sərginin Azərbaycan təsviri incəsənətinin təbliği baxımından böyük rola malik olduğunu vurğulayıb. O qeyd edib ki, Tahir Abbasovun bu sərgidə nümayiş etdirilən yaradıcılıq işlərində xalqımızın yüksək mədəni dəyərləri əks olunub.

Tahir Abbasov fərdi sərgisinin təşkilində əməyi olan hər  kəsə minnətdarlıq edib.

Daha sonra qonaqlar rəsm əsərləri ilə yaxından tanış olublar.

Sərgidə Tahir Abbasovun surrealist üslubunda yağlı boya ilə karton üzərində çəkdiyi əsərləri nümayiş etdirilib.

Qeyd edək ki, sərgi fevral ayının 24-ə kimi davam edəcək.