Cümə günü 10 Aprel 2020

Cəmiyyət

Seymur Ələsgərov Gəncənin Şəhidlər Xiyabanında dəfn edildi - FOTO

GanjaNews - 16/02/2020

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri Seymur Ələsgərov dəfn edilib. Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatları, hərbçilər, idarə rəhbərləri, polis və prokurorluq orqanlarının əməkdaşları, şəhər sakinləri iştirak edib.

1990-cı il təvəllüdlü Ələsgərov Seymur Eldar oğlu Gəncə şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 

Azərbaycan Respublikasının Dövlət Bayrağı şəhidin anasına təqdim edilib.

Yaylım atəşindən sonra şəhidin nəşi torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid Seymur Ələsgərov ailəli idi, onun 9 aylıq oğlu var.

 

Photogallery

86451130 955913398140360 1395565338396983296 N 86464440 2675156066038688 6970521519550103552 N 86871692 530740940916131 7931836243795509248 N 86459019 1605514622922801 2772352993876508672 N 87045743 700145203852746 1154457599660261376 N 86935795 555549068638033 5883366461145088000 N 87049214 193684635067015 52268858639122432 N 86932360 474466406771545 1515300685782974464 N

İdman

Hadisə