Bazar günü 16 Fevral 2020

Cəmiyyət

Layihə iştirakçıları Gəncənin tarixinə səyahət ediblər

Surxay Məmmədzadə - 14/02/2020

Gəncə şəhərində Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Uğura Gedən Yol – Könüllülük” adlı layihəsi reallaşdırılıb. Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olan Orxan Əhmədovun rəhbərliyi ilə həyata keçiriləcək layihənin məqsədi Gəncədə yaşayan, təhsil alan gənclərin yerli və beynəlxalq layihələr zamanı könüllü kimi iştirak etmələrində bilik və bacarıqlarının artırılmasına töhfələr verməkdir.

Layihə çərçivəsində iştirakçılar Gəncənin tarixinə ekskursiyalar ediblər. Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya müzeyi Abidə Kompleksini, Nizami Gəncəvi Məqbərəsini, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyini, Gəncə xanı Cavad xan məzarını ziyarət edən gənclər şəhərin tarixi ilə bağlı ətraflı məlumat əldə edib, tarixi biliklərini daha da zənginləşdiriblər.

Photogallery

84839027 2487424974853505 376361923949625344 N 85012101 850376238796959 2653305421078462464 N 86627743 534614913850527 4481035612954034176 N 86648304 2492301337548933 4464876249474400256 N 86700221 195514484837297 3925253951359811584 N