Şənbə 11 İyul 2020

Təhsil

ADAU-da elmi-praktiki seminar keçirilib

Surxay Məmmədzadə - 11/02/2020

ADAU-da “Qlobal iqlim dəyişməsi şəraitində otlaq və payızlıq əkinlərdə torpağın bəzi fiziki-kimyəvi göstəricilərinin qiymətləndirilməsi” mövzusunda elmi-praktiki seminar keçirilib.

Aqronomluq fakültəsinin profressor-müəllim heyətinin və fermerlərin iştirakı ilə keçirilən görüşdə çıxış edərək universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, qlobal iqlim dəyişmələri bu gün dünyanı narahat edən əsas problemlərdən biridir və bu problem ölkəmizdə də  təsirsiz ötüşmür.

Ekologiya və meşəçilik kafedrasının müdiri, professor Zakir İbrahimov və bitkiçilik və bitki mühafizəsi kafedrasının baş müəllimi Sahil Quliyev müxtəlif qruplarla ayrı-ayrı bölgələrdə əkin sahələrində və otlaqlarda apardıqları müşahidə və təcrübələr haqqında çıxışlar etdilər.

Sonra fermerlər çıxış edərək öz fikirlərini bildiriblər. Sonda seminar mövzu ətrafında müzakirələrlə yekunlaşıb.

Photogallery

84955920 2843341092425494 6089265466738475008 O 84330203 2843341209092149 4494220926329552896 O 84998843 2843341005758836 229787081117794304 O 84564239 2843339732425630 7453440731709964288 O

Hadisə