Şənbə 11 İyul 2020

Sosial

Gəncədə partlayış nəticəsində yararsız vəziyyətə düşən binanın yerinə yenisi inşa edilir

Sənubər Qocayeva - 11/02/2020

2018-ci ilin noyabr ayının 20-də Gəncə şəhərində Fizuli parkının yaxınlığında, Şahlar Hüseynov küçəsində baş verən partlayış nəticəsində 13 saylı yaşayış binası tamamilə yararsız vəziyyətə düşmüşdü. Prezident İlham Əliyevin tapşırığı ilə həmin bina sökülərək yerində yeni 5 mərtəbəli binanın inşası başlayıb.

"Atlas" şirkətinin təyin etdiyi layihə rəhbəri Elnur Əzizlinin verdiyi məlumata əsasən burada son tamamlama işləri aparılır. O bildirib ki, binanın daxili işləri qalıb. belə ki hazırda  oboy, laminat, emulsiya vurulur. Dəhlizlərin termoqranit hissəsində mərmər işləri yekunlaşıb. Sanitar qovşaqlarının kafel işləri bitimək üzrədir. Eyvanların metlax işləri yekunlaşr, mətbəxlərin təmiri başa çatıb. Mənzillərə metal qapılar qoyulub.

Elnur Əzizilinin məlumatına görə, binanın fasadı 3 qat: astar, mərcun və emulsiya ilə örtülür. Bunlardan silikonlu astar işi bitib, mərcun işi 50% aparılıb. Künclərdə aqlay işləri tamamlanıb

Binanın dam örtüyü isə 2 ay öncə tam hazır vəziyyətə gətirilib.

Qetd edək ki, bununla yanaş  Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sakinlər üçün ərazidə "Mərasim zalı"nın  tikintisi aparılır. 

Photogallery

85104038 2518583701743151 6413053997392855040 N 83371334 2518583591743162 1381583708020015104 N 83431814 2518583631743158 4754750369739833344 N 82117120 2518583285076526 832915779283320832 N 84998210 2518583195076535 7655382225587798016 N 85064683 2518584125076442 8193190015983943680 N 85138803 2518583455076509 2410045362560565248 N

Hadisə