Bazar günü 16 Fevral 2020

Cəmiyyət

Gəncənin icra başçısı vətəndaşlarla görüşüb

Sənubər Qocayeva - 11/02/2020

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər sakinləri ilə fərdi şəkildə görüşərək, onları narahat edən məsələləri dinləyib. Görüşdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, şəhərdə olan idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.

Müraciətlər fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, mənzil təmiri, işlə təminat, müalicə üçün köməkliyin göstərilməsi və sair məsələlərlə bağlı olub.

Qaldırılan məsələlərin bir neçəsi yerindəcə öz həllini tapıb. Digərləri ilə bağlı sakinlərə qanunamüvafiq qaydada ətraflı izahat verilib və aidiyyəti üzrə lazımi orqanlara müraciət etmələri tövsiyə olunub.

Photogallery

G72A2273+ G72A2287+ G72A2306+ G72A2317+