Çərşənbə axşamı 2 Mart 2021

Cəmiyyət

Gəncədə 'Xocalı tarixin qan yaddaşı' beynəlxalq sərgisi keçiriləcək

Sənubər Göyüşqızı - 29/01/2020

Beynəlxalq sərgi "Emedia Group" media təşkilatının təşkilatçılığı ilə peşəkar rəssamların və heykəltaraşların əsərlərindən ibarətdir.

Tədbir Bakıdan siyasi və ictimai xadimlər, dini xadim Hacı Şahin Həsənli, peşəkar rəssamların və s. iştirakı ilə baş tutacaq.

Xatırladaq ki, 28 noyabrda mətbuat konfransı ilə start verilən layihə məhz hər il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə baş tutan "Xocalıya ədalət" beynəlxalq kampaniyasında Xocalı soyqırımının 28-ci il dönümünə həsr olunub.

01-15 fevral 2020-ci il regionlarımızda - Biləsuvar, Quba (Soyqırım Memorial Kompleksi), Gəncə şəh.

16-26 fevral 2020-ci il ölkəmizdən kənarda - Gürcüstan, Rusiya, Türkiyə (Ankara, İstanbul) 

28 fevral 2020-ci il yekun - BAKI şəhərində baş tutacaq.