Bazar ertəsi 24 Fevral 2020

Mədəniyyət

Gəncədə “Faciənin fotosu” adlı sənədli film nümayiş olunub

Sənubər Qocayeva - 27/01/2020

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Fotoqraflar Birliyi tərəfindən istehsal edilən filmin nümayişi Gəncə Dövlət Filarmoniyasında baş tutub. Filmdə AFB, AzərTaç, ARTFAKTOR agentliyinin və fotoqrafların şəxsi arxivlərindən, dünyasını dəyişmiş fotoqrafların arxivlərini saxlayan insanların fikirləri əksini tapıb.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilib, dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib və yaralanıb. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə edilib.

“20 Yanvar” hadisələrindən 30 il ötməsi ilə əlaqədar olaraq Azərbaycan Fotoqrafları Birliyi  apardığı araşdırmalar nəticəsində çəkilən fotolar və arxivlərin saxlanılması haqqında məlumatlar toplayıb.

Fotoqrafların gördükləri işlər haqqında danışmamasını nəzərə alsaq, filmdə onlar keçirdikləri hissləri və o zaman gördüklərini bölüşüblər. Filmdə təqdim olunan fotoların çoxu ilk dəfə olaraq nümayiş olunub. Fotoların müəllifləri də bu filmdə təqdim olunub. 

Film AFB üzvləri, ARTMAX layihəsinin rəhbəri Ayaz Mikayılzadə və filmin ideya müəllifi Fərqanə Qasımlı tərəfindən ərsəyə gətirilib. Layihənin rəhbər və məsləhətçisi Mirnaib Həsənoğludur. Filmə texniki dəstəyi Xətai Qasımlı ver. Filmdə Azərbaycanın fotoqrafları Fərid Əşrəfoğlu, Asim Talıb, Mehdi Abbasov, Malik Şərifov, Fərid Xayrulin, Rauf Umudov, Rasim Sadıqov, Tahir Cəfərov və Mirnaib Həsənoğlu o zaman çəkdikləri fotoların, o günlərin xatirələrini bölüşüblər. Dünyasını dəyişmiş fotoqraflar Yaşar Xəlilov, Rafiq Nağıyev, Oleq Litvin haqqında həmkarları, Hüseyn Hüseynzadə arxivinin qoruyub saxlayan ArtFaktor agentliyinin direktoru Asiyat Fətullayeva, Əli Qafarovun həyat yoldaşı Tavat Qafarova xatirələrini bölüşüblər və arxivlər haqqında məlumat veriblər.

Fotoqrafların fotoqraflar haqda çəkdiyi ilk eksprimental filmdir. Hazırda 20 yanvar faciəsi filmdə çəkilmiş fotoqrafların gözü ilə gələcək nəsillərə çatdırılacaq. 20 yanvar tariximizin qanla  yazılmış unudulmaz səhifəsidir.

 

Hadisə

Cəmiyyət