Bazar ertəsi 24 Fevral 2020

Təhsil

Təhsil Nazirliyinin 'Bir' Tələbə-Könüllü proqramının 23 mindən çox üzvü var.

Sənubər Qocayeva - 24/01/2020

“Bir” Tələbə-Könüllü proqramı Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Şəki, Masallı, Lənkəran, Şamaxı, Ağdam, Göyçay, Qubada yerləşən 26 ali və 18 orta ixtisas təhsili müəssisəsini əhatə edir.

Proqram 25 özəl və dövlət qurumu, 20 beynəlxalq və yerli təşkilatla tərəfdaşdır.

Hər bir tələbə proqrama qoşulmaq üçün www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçərək özünə “BİR könüllü” profili yarada bilər.

Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı 14 dekabr 2015-ci ildə Təhsil Nazirliyi tərəfindən Azərbaycanın siyasi və iqtisadi inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, könüllülük fəaliyyətini stimullaşdırmaq, tələbələrin dərsdənkənar asudə vaxtlarının dəyərləndirilməsi üçün yaradılmış uzunmüddətli proqramdır. Yarandığı gündən indiyədək “Bir” Tələbə-Könüllü proqramı 520-dən çox mühüm dövlət və beynəlxalq tədbirlərdə iştirak edib.

Hadisə

Cəmiyyət