Çərşənbə axşamı 25 Fevral 2020

Təhsil

Trece Company şirkətinin nümayəndələri ADAU-da

Surxay Məmmədzadə - 23/01/2020

Amerikanın Oklahoma ştatında yerləşən Trece Company şirkətinin rəhbəri Bill Lingrenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində olub. Səfər USAİD-in Özəl Sektorun İnkişafı layihəsi çərçivəsində reallaşıb.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov görüşdən məmnunluğu bildirərək, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Trece Company şirkətinin rəhbəri  Bill Lingren kənd təsərrüfatı sahəsində istifadə olunan tutucu (feromon) tələlərin və alətlərin istifadə olunması eyni zamanda Trece Company şirkəti və ADAU ilə əlaqələrin inkişaf etdirilməsi barədə fikirlərini söyləyib.

Daha sonra qonaqlar universitetin Aqronomluq fakültəsində gənc alim və mütəxəssislərlə görüşərək, Trece Company şirkəti barədə təqdimat keçiriblər.

Photogallery

AaYwi7wiCW 0E0nYYxDPc IUGGKpJJpq 3SjLiGhKMx

Hadisə