Çərşənbə axşamı 25 Fevral 2020

Təhsil

Nikoloz İaşvili UTECA-da olub

Sənubər Qocayeva - 23/01/2020

Gürcüstanın Gəncədəki Baş Konsulu Nikoloz İaşvili və Vitse-Konsul Teimuraz Sanadze Azərbaycan Texnologiya Universitetində olub.

Konsul UTECA-da gedən imtahanları izləyən zaman prossesin obyektiv və şəffaf təşkil edildiyini vurğulayıb. Texnologiya Universitetində Gürcüstan vətəndaşları da təhsil aldığını qeyd edərək və müşahidə etdiyi münbit şəraiti yüksək qiymətləndirib. Sonra qonaqlar rektorla dəyirmi masa ətrafında görüşərək təhsil əməkdaşlığı, tədrisin vəziyyəti, gələcək planlar barədə müzakirələr aparıblar. Texnologiya Universiteti ilə bağlı təəssüratlarını bölüşən konsul universitet-sənaye əlaqələrinin əhəmiyyətini qeyd edib, bu hədəfin yaxşı gələcək vəd etdiyini bildirib: “Universitetinizin özünəməxsus məhsulları var və bu təqdirəlayiq haldır. UTECA Texnoparkının məhsulları arasında isə gön-dəri məlulatları, şərab məhsulları, müasir tədris mərkəzi daha çox diqqətimi çəkdi. İxtisaslarınız isə perspektivlidir - bu günün, eləcə də sabahın kadr tələblərini əhatə edir”.

Photogallery

82582385 634445733975438 1842652699263238144 O 82619869 634445603975451 2097721061691883520 O

Hadisə