Bazar ertəsi 24 Fevral 2020

Cəmiyyət

Gəncənin Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş şəxslərin adları əbədiləşdirilib

Sənubər Göyüşqızı - 21/01/2020

Gəncədə Şəhidlər Xiyabanının girişində "Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itgin düşmüş şəxslərin xatirəsinə" adlı abidə ucaldılıb. Xatirə löhvəsi Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Nizami Rayon Bələdiyyəsi tərəfindən inşa edilib. Onun üzərinə 90 nəfərin adı həkk olunub.

Abidənin 20 Yanvar – Ümumxalq Hüzn Günündə açılışı olub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və şəhər ictimaiyyəti abidəni ziyarət edib, önünə güllər düzüblər.

Qeyd edək ki, Gəncənin Şəhidlər xiyabanında 376 şəhidin, həmçinin 5 nəfər Azərbaycanın Milli Qəhrəmanının (Ənvər Arazov, Elbrus Allahverdiyev, Şahlar Hüseynov, İqor Makeyev, Pərviz Səmədov) və Gəncənin ilk qadın şəhidi Sevda Cabbarovanın məzarları var. Məzarlardan 49-u isə naməlumdur.

Gəncənin Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin xatirəsini əbədiləşdirmək üçün 2013-cü il yanvarın 20-də əbədi məşəl abidəsi ucaldılıb. Abidənin hündürlüyü 21 metrdir.

 

 

Photogallery

15795262121877323269 1000x669 15795262123611559198 1000x669

Hadisə