Çərşənbə axşamı 25 Fevral 2020

Cəmiyyət

Gəncədə insan alveri qurbanları üçün nəzərdə tutulan sığınacaq istifadəyə hazırdır

Gülnar Fazilqızı - 21/01/2020

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi vətəndaş cəmiyyəti təşkilatlarının sığınacaqlarında yaşayış şəraitini yaxşılaşdırmaqla orada yerləşdirilmiş insan alveri qurbanlarının müdafiəsini gücləndirir.

BMqT-nin Azərbaycandakı nümayəndəliyindən bildiriblər ki, bu qurum Niderlandın ölkəmizdəki səfirliyinin dəstəyi ilə həyata keçirilən “Azərbaycanda insan alveri qurbanlarına birbaşa yardım göstərilməsi və sığınacaq yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması vasitəsilə onların ehtiyaclarının həll edilməsi” layihəsi çərçivəsində Gəncədə fəaliyyət göstərən və “Təmas” Regional İnkişaf İctimai Birliyi tərəfindən idarə olunan sığınacaqda təmir işlərini yekunlaşdırıb. İnsan alveri qurbanları, insan alverinə və məişət zorakılığına həssas şəxslər üçün nəzərdə tutulan sığınacaqda təmir və bərpa işləri yüksək keyfiyyətlə aparılıb.

Layihə Gəncədəki sığınacağın texniki potensialını artırmağa imkan yaradacaq, insan alveri qurbanlarına, insan alverinə həssas olan şəxslərə və onların ailələrinə göstərilən qayğı və dəstəyin yüksəldilməsinə töhfə verəcək. Bundan başqa, layihə insan alverinə məruz qalan şəxslər və vətəndaş cəmiyyəti təşkilatları, müvafiq dövlət qurumları və özəl sektor arasında qurbanlara və insan alveri təhlükəsinə məruz qalanlara qrant verilməsi ilə bağlı praktiki aspektlər üzrə əlaqəni gücləndirəcək. İnsan alveri qurbanlarının cəmiyyətə reinteqrasiyasına dəstək üçün layihə çərçivəsində əsas bacarıqlar üzrə təlimlər təşkil ediləcək. Təlimi uğurla başa vuran iştirakçılara fərdi ehtiyaclarına uyğun qrantlar veriləcək.

Bu layihə çərçivəsində, həmçinin “Təmas” Regional İnkişaf İctimai Birliyinə müraciət edən 20 nəfər insan alveri qurbanı və potensial zərərçəkən üçün “Əsas biznes bacarıqları” mövzusunda təlim keçirilib. Təlimdə iştirakçılara biznesin əsas anlayışları olan biznes konsepsiyasına giriş, sərmayə, marketinq, biznes planının tərtibi məsələləri tədris edilib və onun hazırlanması öyrədilib.

Sonda iştirakçılar biznes planlarını hazırlayaraq qiymətləndirilmək üçün təqdim ediblər.

Photogallery

15795927415816452086 1000x669 15795927416477551816 1000x669 1579592741265684847 1000x669

Hadisə