Bazar günü 5 Aprel 2020

QHT

Gəncədə gənclər üçün STARTAP təlimləri keçirilir

Sənubər Qocayeva - 20/01/2020

Gəncə şəhərində Azərbaycan Gənclər Fondunun 13-cü qrant müsabiqəsi çərçivəsində C kateqoriyası üzrə qalib olan "Gənc ideyalar üçün STARTAP təlimləri" adlı layihənin icrasına start verildi.

Layihə çərçivəsində 6 günlük təlimlər Azərbaycan Dövlət Aqrar Universitetinin İnnovasiya Mərkəzində icra olunur.

Layihənin məqsədi Gəncə şəhərində innovativ gəncləri üzə çıxarmaq və gənclərin startap ideyalarını reallaşdırmaları üçün onları müvafiq sahədə təlimləndirmək və maarifləndirməkdir.

Layihə vasitəsilə Gəncə şəhərində gənclərin öz startap layihələrini hazırlamaları, öz ideyalarının startap şəklində inkişaf etdirmələri və uğurlu startapçıların yetişməsi üçün peşəkarlar tərəfindən təlimlərin təşkilini həyata keçirməyi planlaşdırıram. Sırf layihə bu istiqamətə fokuslanır. Təlimlər çərçivəsində öz ideyaları ilə seçilmiş gənclər startapla bağlı müvafiq məlumatları mənimsəyəcək və bacarıqlarını inkişaf etdirmiş olacaq.

"Gənc ideyalar üçün STARTAP təlimləri" layihəsinin rəhbəri- Nicat Aslandır.

 

Photogallery

IMG 8232 IMG 8256 IMG 8265 IMG 8245

İdman

Hadisə