Bazar günü 16 Fevral 2020

Təhsil

UTECA-da 20 Yanvar faciəsinə həsr olunan açıq dərs keçirilib

Surxay Məmmədzadə - 16/01/2020

Azərbaycan Texnologiya Universitetində (UTECA) 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir. Nəzərdə tutulmuş tədbirlər proqramı çərçivəsində tələbələr üçün açıq dərs keçirilib.

Açıq dərsi İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi Şahmar Həsənov aparıb. O, faciənin baş vermə səbəbləri və miqiyası barədə məlumat verərək qeyd edib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi.

Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.
Açıq dərsdən sonar tələbələr faciəyə həsr olunmuş, UTECA tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Photogallery

82456593 2926643890681016 6388648124906209280 O 82592299 2926644000681005 1925948582037291008 O 83520856 2926644014014337 3497416195827564544 O 82454552 2926643874014351 5977912405160624128 O 83598671 2926643884014350 2414802768985325568 O 82223850 2926643987347673 3626462877692461056 O