Bazar ertəsi 28 Sentyabr 2020

Sosial

Gəncə Şəhər İcra Hakimiyyətinə birinci müavin təyin edildi

Sənubər Qocayeva - 16/01/2020

Tomuyev Səməd İsaq oğlu Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib. Qeyd edək ki, Səməd Tomuyev bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçsısı Aparatının Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin istehsal və xidmət sahələri sektorunun müdiri vəzifəsində çalışıb.

Bildirək ki, bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini Elnur Rzayev icra edirdi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 oktyabr 2019-cu il tarixli sərəncamı ilə Elnur Rzayev Xaçmaz rayonunun icra başçısı təyin olunub. 

Ganjanews.az saytı kollektivi adından Səməd Tomuyevi təbrik edir, işlərində müvəffəqiyyətlər arzu edirik!