Cümə günü 17 Yanvar 2020

İqtisadiyyat

Gəncə Belnəlxalq Hava Limanı siyahıda üçüncü yeri tutub

Sənubər Qocayeva - 14/01/2020

Azərbaycanın beynəlxalq hava limanlarında xidmət göstərilən sərnişinlərin sayına görə yeni rekord müəyyənləşdirilib.

Moskva və İstanbula birbaşa uçuşların həyata keçirilməsi üçün Gəncə hava limanı siyahıda üçüncü yeri tutub. Şəhər areoportu 154 min sərnişinə xidmət göstərib. Göstərici ötən illə müqayisədə 10 % artım qeydə alınıb.

Reytinqdə ilk yer Heydər Əliyev Beynəlxalq Aeroportuna məxsusdur. Paytaxt hava limanı ötən il 4 milyon 730 min sərnişinə xidmət göstərib ki, bu da bir öncəki illə müqayisədə 7 % çoxdur.

Siyahıda ikinci yerdə 1,5 % artım və646 min sərnişinlə Naxçıvan, Gəncədən sonrakı – yəni dördüncü yerdə isə 18 min sərnişin və 14,5 % artımla Lənkəran hava limanları qərarlaşıb.

Ümumilikdə 2019-cu ildə ölkənin hava limanlarında sərnişin dövriyyəsi 5,56 milyon nəfər təşkil edib.

Gəncə TV

Hadisə