Cümə axşamı 4 İyun 2020

Cəmiyyət

Gəncə şəhər Kəpəz Bələdiyyəsindən humanist addım

Sənubər Qocayeva - 14/01/2020

İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların, xüsusən Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir.

Gəncə şəhər Kəpəz Bələdiyyəsi Prezident İlham Əliyevin ölkədə apadığı uğurlu sosial siyasətə uyğun olaraq növbəti dəfə humanist addım atıb. Belə ki, Kəpəz bələdiyyəsi tərəfindən şəhid ailəsi üzvü Süsən Qocayevaya və Aliyə Əsgərovaya fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin sənədləri təqdim edilib.

Hadisə