Cümə günü 10 Aprel 2020

İqtisadiyyat

'Gəncə Avtomobil Zavodu' İB Finlandiyanın məşhur 'Sampo' firması ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Gülnar Fazilqızı - 13/01/2020

Bu barədə məlumatı birliyin müşahidə şurasının sədri Xanlar Fətiyev verib. Onun sözlərinə görə müqavilənin şərtlərinə uyğun olaraq Gəncədə Sampo-Roselew markalı kombaynların yığımı həyata keçiriləcək.

Xanlar Fətiyev əlavə edib ki, bu ilin mart ayının əvvəllərində kombaynların yığım xəttinin istifadəyə verilməsi planlaşdırılır: “Bildiyiniz kimi Finlandiyanın məşhur Sampo firmasının müxtəlif model kombaynları artıq Azərbaycan fermerlərinə tanışdır. 10 ilə yaxın müddətdir ki, taxıl biçinində Sampo markalı kombaynlar yüksək texniki göstəriciləri ilə fermerlərin istifadəsindədir və yerli istifadəçilər tərəfindən rəğbətlə qarşılanır. Gəncə avtomobil zavodu İB-i Sampo kombaynlarının yığılması ilə bərabər onun həm Azərbaycan bazarında satış və satış sonrası xidmətlərini həyata keçirəcək, həm də yaxın ölkələrə ixracını da reallaşdırmağı planlaşdırır” deyə Xanlar Fətiyev əlavə edib.Müşahidə Şurasının sədrinin sözlərinə görə ixracla bağlı həm birliyin marketinq şöbəsinə, həm də müəssisənin xarici ölkələrdəki nümayəndəliklərinə xüsusi tapşırıqlar verilib.

Biz Sampo şirkəti ilə sıx əməkdaşlıq etmək barədə razılığa gəlmişik. Bu şirkət kənd təsərrüfatı texnikalarının istehsalı üzrə bir dünya markasıdır və keyfiyyətli məhsulları ilə seçilir. Azərbaycanda keçirilmiş Caspian Agro 9-cu Azərbaycan Beynəlxalq “Kənd təsərrüfatı” sərgisində də bu şirkət öz məhsullarını nümayiş etdirmiş və böyük marağa səbəb olmuşdu. Biz Sampo kombaynlarının satışı üçün Türkiyə bazarını yaxından araşdırırıq. Ümidvaram ki, yaxın vaxtlarda bu istiqamətdə böyük bir uğura imza atacağıq” - deyə X. Fətiyev bildirib.

İdman

Hadisə