Şənbə 19 Sentyabr 2020

İqtisadiyyat

“Gəncə Avtomobil Zavodu”nda yeni təyinat

Gülnar Fazilqızı - 10/01/2020

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Türkiyə Respublikasında fəaliyyət göstərən nümayəndəliyin rəhbərliyində dəyişiklik baş verib. Bu barədə məlumatı birliyin mətbuat xidməti müşahidə şurasının sədri Xanlar Fətiyevə istinadən yayıb.

Xanlar Fətiyev bilidirib ki, ölkə başçısı cənab İlham Əliyevin apardığı inqilabi islahatlara dəstək olaraq Gəncə avtomobil zavodu İB-nin rəhbərliyi də gənc və perspektivli, bacarıqlı, daim yeniliklər axtarmağa qadir gənclərin  önə çəkilməsinə, onlara böyük etimad göstərilməsinə önəm verir. Bunu nəzərə alaraq Əhməd Əsəd oğlu Rəhimov “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Türkiyə Respublikasında fəaliyyət göstərən nümayəndəliyin rəhbəri təyin olunub.

İdman

Hadisə