Cümə günü 17 Yanvar 2020

Cəmiyyət

Milli Məclisə seçkilərdə iştirak edəcək seçicilərin sayı açıqlanıb

Surxay Məmmədzadə - 10/01/2020

Azərbaycanda bu ilin fevralın 9-da təyin edilmiş Milli Məclisə seçkilərdə iştirak edəcək seçicilərin sayı açıqlanıb.

Seçici siyahılarının dəqiqləşdirilməsinə görə daimi seçicilərin sayı 5 212 902 nəfərdir. Onların 2 563 261 nəfəri (49,17 %) kişilər, 2 649 641-i (50,83 %) isə qadınlardır. Ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində seçici siyahılarına adları daxil edilən seçicilərin sayı 4 972 356 olub.

Milli Məclisə seçkilər ölkə üzrə 125 seçki dairəsinin 5426 məntəqəsini əhatə edəcək. Bələdiyyə seçkiləri isə 5049 seçki məntəqəsində keçirilmişdi.

Hadisə