Çərşənbə günü 8 İyul 2020

Elm

Gənc Azərbaycanlı alim MDB universitetləri Nəşriyyatının üzvü seçilib

Sənubər Qocayeva - 09/01/2020

2020-ci il ölkəmizin elmi ictimaiyyəti üçün uğurla başlayıb. Belə ki, Müstəqil Dövlətlər Birliyi (MDB) üzvü olan ölkələrin Akademik Əməkdaşlıq üzrə Ali Şurasının Ekspert Komissiyasının 9 yanvar 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Elm üzrə Prezident mükafatçısı, şəhərimizin gənc alimi Elnur Həsənov İctimai və humanitar elmlər üzrə MDB ölkələri Ali Məktəblərinin Elmi Nəşriyyatı Redaksiya Şurasının tam hüquqlu üzvü seçilib.

Gənc alimin bu quruma ekspert seçilməsi sayəsində Azərbaycandan olan alimlərin tarix, dilçilik, iqtisadiyyat və idarəetmə, hüquq, fəlsəfə, ədəbiyyatşünaslıq, dilçilik  elmləri üzrə məqalələri müsbət rəy aldıqdan sonra ödənişsiz əsaslarla MDB üzvü olan ölkələrin nüfuzlu elmi nəşrlərində çap ediləcək və ən yaxşı tədqiqat işləri honorar ilə mükafatlandırılacaqdır.

Gənc alimin Azərbaycan tarixinə dair dünyanın 70-ə qədər ölkəsində ingilis, alman, ispan, rus, italyan, türk, fransız və portuqal dillərində çap edilib. Elmi əsərləri nüfuzlu beynəlxalq Elsevier, Springer və digər nəşrlərində işıq üzü görüb.

Qeyd etmək lazımdır ki, gənc tarixçi alim Elnur Həsənov MDB ölkələri Ali Məktəblərinin Elmi Nəşriyyatı Redaksiya Şurasının üzvü olmaqla bərabər, həm də İsveç Kral Akademiyasının, Almaniyanın Frankfurt-Höte Universitetinin, Avstriyanın Boden Kultur Universitetinin, Yaponiya Elm Cəmiyyətinin və digər nüfuzlu beynəlxalq elmi qurumların fəxri doktoru və üzvüdür.

Hadisə