Çərşənbə axşamı 25 Fevral 2020

Təhsil

ADAU-da Media tur təşkil olunub

Surxay Məmmədzadə - 07/01/2020

Azərbaycan Dövlət Aqrar Universitetində 2019-2020- ci tədris ilinin payız imtahan sesiyasının başlanması ilə əlaqədar mediatur təşkil olunub. Media nümayəndələri ilə yanaşı tədbirdə millət vəkili Naqif Həmzəyev, Kənd təsərrüfatı Nazirliyinin səlahiyyətli nümayəndələri, valideynlər işıtirak ediblər. Qonaqlarla görüşən universitetin rektoru İbrahim Cəfərov ölkədə qeyri neft sektorunun inkişafına əsas alternativ olan kənd təsərrüfatı sahəsində yüksək ixtisaslı kadr hazırlığını həyata keçirən ali təhsil ocağına, dövlətin ayırdığı yüksək diqqət və qayğıdan söz açıb, son illər bu sahədə əldə olunan uğur və naliyyətlərdən danışıb.

 

Cari imtahan sesiyasına hazırlıqla bağlı iştirakçılara məlumat verən universitet rəhbəri, imtahanların test üsulu ilə kompüter vasitəsi ilə keçirildiyinin deyib. Bu da tələbələrə imtahanın yekunu ilə bağlı dərhal məlumat əldə etməyə və nəticələri öyrənməyə imkan verir.

Tələbələrin biliyinin qiymətlənldirilməsində içtimai nəzarətin vacibliyini vurğuluyan rektor, imtahanların gedişatını izləyən media nümayəndələrinə, valideyn komitəsinin üzvlərinə və rəsmi qonaqlara öz təşəkkürünü bildirib.

Tədbirdə tələbə və valideynlərin şikayət və təklifləri dinlənilib.

Görüşdən sonra iştirakçılari mtahan prosesini izləyib, universitetin maddi texniki bazası və yeni tədris korpusunun inşası ilə yaxından tanış olublar.

 

Photogallery

82414476 1136561986691858 8741776967407239168 N 81922247 821105418356534 3202606007087792128 N 82610938 706002926590460 51053683542065152 N 82558759 310841216476966 5756265468184756224 N 81630132 475537650031756 7219843718247874560 N

Hadisə