Bazar günü 5 Aprel 2020

QHT

Həssas icmalarda ictimai maarifləndirmə, peşəkar hüquqi yardım və məhkəmədə müdafiə

Sənubər Qocayeva - 30/12/2019

Qərb bölgəsində «Həssas icmalarda ictimai maarifləndirmə, peşəkar hüquqi yardım və məhkəmədə müdafiə» adlı t'dbir həyata keçirilir.

T'dbir Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və  Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi - Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində reallaşıb.

Fəaliyyət çərçivəsində qərb bölgəsində  9 həssas icmada maarifləndirmə görüşlərinin təşkili, fəaliyyətin  icrası dövründə qaynar xətt və birbaşa müraciət etməklə pulsuz hüquqi yardım xidməti və məhkəmələrdə həssas vəziyyətdə olan vətəndaşların müdafiəsinin təmin edilməsi  nəzərdə tutulur. Fəaliyyət  çərçivəsində 1000 buklet nəşr olunmubdur.

24 dekabr  2019-cu il tarixində Göygöl  rayonunun Çaykənd qəsəbəsində  məlumatlandırma görüşü keçirildi, 30-dan çox buklet paylanıbdır. Tədbirdə təşəbbüsün rəhbəri Südabə Məmmədova layihə və donor haqqında geniş məlumat verdi. Qeyd edildi ki, bölgənin ucqar  dağ kəndlərinin rayon mərkəzlərindən uzaqda yerləşdiyinə görə insanlar daha çox məlumatsızlıqdan  hüquqları pozulur, məhkəmə  qətnamələri icra olunmasında suni maneələr yaradılır. Buna görə aidiyyatı orqanlara nü vaxt nə necə müracət etmək olar, zorakılıqla qarşılaşan zaman hansı hərəkətlər etmək lazımdır kimi suallar cavablandırıldı. Həmçinin fəaliyyət göstərən qaynar xətt barəsində məlumat verildi.

Qeyd edək ki, bu təşəbbüs “Təmas” İB-nın sədri    Südabə  Məmmədova  tərəfindən icra olunur. Təşkilatın ofisində qaynar xətt, pulsuz hüquqi yardım  və məsləhət xidməti göstərilir.

Fəaliyyətin icrası davam edir.

Photogallery

IMG 6808

İdman

Hadisə