Çərşənbə axşamı 25 Fevral 2020

Təhsil

UTECA-da 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Sənubər Qocayeva - 27/12/2019

Azərbaycan Texnologiya Universitetində (UTECA) 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə şənlik təşkil edilib.

Tədbirin açılış hissəsində rektor, professor Akif Süleymanov bütün tələbələrin və professor-müəllim heyətinin qarşıdan gələn bayramlarını təbrik edib, növbəti ildə dərslərində və fəaliyyətlərində uğurlar arzulayıb.

Şənlikdə universitetin əcnəbi tələbələri aktivlik nümayiş etdiriblər. Onlar öz ölkələrinə aid müsiqi və rəqs nömrələri göstəriblər, Azərbaycan dilində şeir və təbriklər səsləndiriblər. Proqram UTECA-nın istedadlı tələbələrinin ifaları ilə davam edib. 

 

Photogallery

1

Hadisə