Bazar ertəsi 24 Fevral 2020

Sosial

Heydər Əliyev Fondu aztəminatlı ailələrə bayram sovqatları çatdırıb

Sənubər Qocayeva - 27/12/2019

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə respublika üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrə bayram sovqatları paylanılıb.

Dekabrın 21-dən etibarən Fondun əməkdaşları və "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri aztəminatlı ailələrə bayram sovqatları çatdırıb. Müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları Bakıda və regionlarda ünvanlı dövlət sosial yardımı alan ailələrə təqdim olunub.

Qeyd edək ki, Heydər Əliyev Fondu müxtəlif bayramlarda mütəmadi olaraq aztəminatlı ailələri təbrik edərək onlara sovqatlar çatdırır. Həyata keçirilən bu cür layihələr sosial-iqtisadi dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, aztəminatlı ailələrin qayğı ilə əhatələnməsi, əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.

Photogallery

Db97ee9b 8c86 45a4 Aee9 A1c0823b26d8 43091f8b D20a 4123 976f C142f62f8c94 7b0e834b 20e9 4b32 987a 4da2671f7841 D8a3e342 2731 4bc1 84df E8dc94c1ce9e

Hadisə

Cəmiyyət