Çərşənbə axşamı 25 Fevral 2020

Sosial

Gəncə MKTİB ilin yekunları ilə bağlı hesabat verib

Sənubər Qocayeva - 27/12/2019

Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-nin qaraj rəisi Ruflan Musayev ilin yekunu ilə bağlı media nümayəndələrinə açıqlama verib. KİV nümayəndələri ilə görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-nin qaraj rəisi Ruflan Musayev, rəis müavinləri Elşad Əsgərov, İlqar Əsədov, şöbə rəisləri Cəmşid İsmayılov, Rəşid Kərimov, MKTİB-nin mətbuat xidməti və başqaları iştirak edib.

Ruflan Musayev bildirib ki, Gəncə şəhər MKTİB-nə nəzərdə tutulan 57 texnikadan 55-i artıq qarajdadır. Onlardan da bir hissəsi marşrut xəttindədir. Burada müxtəlif şöbələrə aid texnika toplanıb. Jurnalistlərin suallarına cavab verən Ruflan Musayev onuda bildirib ki, qarajına daxil olan yeni texnikanın əksər hissəsi təmizlik şöbəsinə, yerdə qalan texnika isə İşiqlandırma, təmir-bərpa və tikinti, Yaşıllaşdırma şöbələrinə aiddir. O həmçinin,  fövqaladə hallar yarandıqda bunun üçün xüsusi maşınların olduğunu da vurğulayıb.

"Burada toplanan texnika Rusiya, Belarus və Gəncə istehsalıdır. Şəhərin təmiz və səliqəli saxlanması üçün yeni texnika ilə bərabər köhnə maşınların da istifadəsi hələlik istisna deyil. Lakin gələcəkdə tədricən onların da təzələri ilə əvəzlənəcəyi gözlənilir"- deyə qaraj rəisi əlavə edib. Ruflan Musayev Gəncəyə göstərilən diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə minnətdarlığını bildirib və hər zaman olduğu kimi gələcəkdə də şəhərin təmiz saxlanması üçün daha böyük həvəslə çalışacaqlarnı vurğulayıb.

 

Photogallery

IMG 9184 IMG 9240 IMG 9244 IMG 9253 IMG 9204 IMG 9269 IMG 9264 IMG 9262

Hadisə