Çərşənbə axşamı 25 Fevral 2020

Sosial

Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilib

Sənubər Qocayeva - 27/12/2019

“Azərbaycan Dəmir Yolları” QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sərnişlərin artan tələbatını təmin etmək məqsədi ilə Bakı-Gəncə-Bakı istiqamətində əlavə bir qatar təyin edib.

 704/703 nömrəli Bakı-Gəncə-Bakı sürət qatarı hər iki istiqamətə təyin edilib.

Belə ki, 30 və 31 dekabr tarixlərində əlavə təyin edilən qatar Bakıdan saat 08:00-da yola düşəcək və Gəncəyə saat 11:45-də çatacaq. Gəncədən saat 16:00-da geri yola düşəcək olan qatar saat 19:45-də paytaxtda olacaq.

Qeyd edək ki, mövcud saat 08:45 Bakı-Gəncə və saat 17:00 Gəncə-Bakı sürət qatarları isə normal qrafikləri üzrə fəaliyyət göstərəcəklər.

Hadisə