Çərşənbə axşamı 25 Fevral 2020

İdman

'Kəpəz'in sabiq futbolçusu vəfat edib

Sənubər Göyüşqızı - 20/12/2019

"Kəpəz" klubunun keçmiş futbolçusu Şadon Vinçester faciəvi şəkildə həlak olub.

O, avtomobil qəzasında həyatını itirib. 27 yaşlı tirindad və tobaqolu hücumçu vətənində Qasparilyo şəhəri yaxınlığında yol qəzasına düşüb.

İşıq dirəyinə çırpılan Vinçesterin avtomobili yanmağa başlayıb. Onunla yanaşı, avtomobildə olan daha 3 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, 2017/2018-ci illər mövsümündə icarə əsasında "Kəpəz"in heyətində 8 oyunda meydana çıxmış Vinçester son olaraq Finlandiyanın SJK klubunda oynayıb.

Hadisə