Bazar ertəsi 24 Fevral 2020

QHT

“Təmas” Regional İnkişaf İctimai Birliyinin layihəsi davam etməkdədir

Sənubər Qocayeva - 16/12/2019

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.

Artıq 3-cü aydır ki, “Təmas” Regional İnkişaf İctimai Birliyi  Gəncə şəhərində “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacagının) potensialının artırılması” layihəsinin icrasını həyata keçirir.

Layihə çərçivəsində 13 dekabr 2019-cu il tarixində Samux rayonunda maarifləndirmə görüşü keçirildi.Görüşdə 30-dan çox müxtəlif qurumları təmsil edən vətəndaş iştirak etdi. Görüşdə həmçinn hüquq mühafizə orqanlarinin nümayəndələri iştirak edirdi. Tədbirdə donor və icra olunan layihə haqqında geniş  məlumat verildi və “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacagının) faəiyyəti haqqında maraqlı təqdimat edildi.

Layihə rəhbəri Kubra Ələkbərova qeyd etdi ki, mərkəz-sığınacaqda zorakılıqdan əziyyət çəkən  şəxslər hüquqi və psixoloji  yardımlarla təmin edilir,  onların  sənədlərinin düzəldilməsində,  sosial müdafiəsi üçün müvafiq sənədlərin hazırlanmasında və ya sosial müavinətlərin alınmasında,  zərər çəkmiş şəxslərin işlə təmin edilmələrinə, yeni peşələrə yiyələnmələrinə kömək göstərilir. Bununla yanaşı qadın və uşaqların  ailələrində normal həyat tərzinin bərpa edilməsi üçün müxtəlif  tədbirlər həyata keçirir. Həssas vəziyyətədə olan qadınların iqtisadi cəhətdən gücləndirilməsi, onların zorakılığa məruzqalma səviyyəsinə də təsir edir. İqtisadi cəhətdən asılı olmayan qadın özünə inamlıdır, özünü daha rahat ifadə edə bilir. Buna görə də qadınların kiçik və orta sahibkarlığa cəlb edilməsi, müxtəlif peşələrə sahib olması çox vacibdir.

Layihənin icrası dövründə 50 dən çox həssas vəziyyətdə olan qadın və uşaq təhlükəsiz sığınacaqla təmin olunub, ilkin ehtiyacları ödənilib, uygun psioloji və hüquqi yardımlar alıblar.

Layihənin icrası davam edir.

Photogallery

IMG 6385 IMG 6376

Hadisə

Cəmiyyət