Şənbə 19 Sentyabr 2020

Cəmiyyət

Gəncədə Peşə Hazırlığı Mərkəzi istifadəyə verilib

Sənubər Göyüşqızı - 14/12/2019

Gəncə Peşə Hazırlığı Mərkəzinin açılışı olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən istifadəyə verilən mərkəzin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev, ictimai birliklər və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyəti başçısı Nizami Hacıyev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb.  O, Gəncədə Peşə Hazırlığı Mərkəzinin açılmasının bölgədə  işsiz və işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələrə və nəticədə səmərəli məşğulluq imkanlarına yiyələnməsinə öz töhfəsini verəcəyini qeyd edib.

Fuad Musayev çıxışında ötən dövrdə ölkədə məşğulluq imkanlarının artırılması sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin ildən-ilə gücləndirildiyini qeyd edən Fuad Musayev bu ilin 11 ayında Xidmətin 81 439 nəfəri münasib işlə təmin etdiyini və 10 mindən çox işsiz və işaxtaran şəxsin özünüməşğulluq proqramına cəlb olunduğunu deyib. 

Xidmət rəisi bildirib ki, bu gün Gəncə şəhərində istifadəyə verilən Peşə Hazırlığı Mərkəzində Gəncə şəhəri və ətraf rayonlardan olan işsiz və işaxtaran şəxslərin müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı həyata keçiriləcək. Müəssisədə ilkin mərhələdə ənənəvi və modul təlim üsulları ilə 55-60 peşə üzrə kursları təşkil ediləcək və il ərzində 850-900 nəfər peşə hazırlığı kursu keçəcək. Burada əlilliyi olan şəxslərin də peşə hazırlığının təşkili üçün lazımi şərait yaradılıb.

Qeyd edək ki, Peşə Hazırlığı Mərkəzində sinif otaqları və emalatxanalar, yataqxana, kitabxana, akt zalı, bufet və s. fəaliyyət göstərir. 

 

Photogallery

IMG 8581 IMG 8587 IMG 8539 IMG 8554 IMG 8541

İdman

Hadisə