Cümə günü 21 Fevral 2020

Cəmiyyət

Gəncədə bir qrup şəhid ailəsinə və müharibə əlilinə mənzillər təqdim olunub

Sənubər Göyüşqızı - 14/12/2019

Gəncədə yaşayan bir qrup şəhid ailəsi və müharibə əlilinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillər təqdim olunub. Təqdimatda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri ,həmçinin yeni mənzilə sahib olan şəhid ailələri və müharibə əlilləri iştirak ediblər.

Dövlət başçısının sosial sahəyə xüsusi qayğısı həssas qrupların rifahının yaxşılaşdırılmasına xidmət edən mühüm proqramlar ildən-ilə genişlənir. 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, 2019-cu ildə 934 mənzil verilməsi nəzərdə tutulub ki, onlardan artıq böyük hissəsi verilib. Ümumən indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7178 mənzil və fərdi ev təqdim edilib.

Yeni mənzillə təmin olunan vətəndaşlar əhalinin rifahının təminatı, həssas qruplara dövlət qayğısının artırılması sahəsində aparılan ardıcıl işlərə, müasir tələblərə uyğun yeni mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, mənzillə təmin olunan şəhid ailələri sırasında Milli Qəhrəman Pərviz Səmədovun ailəsi də var. Onun həyat yoldaşı Mətanət Şahvələdovaya  üçotaqlı mənzil təqdim edilib. 

Photogallery

IMG 8608 IMG 8629 IMG 8658 IMG 8682 IMG 8684 IMG 8612 IMG 8611 IMG 8624

Hadisə